AZ

İran mediası fasilədən sonra işinə bərpa etdi

İranın əsas media orqanları ölkə daxilində etirazlar fonunda yaranan fasilədən sonra materialların dərcini bərpa edib.

Publika.az xəbər verir ki, IRNA, ISNA, "Nour News", "Mehr" və digər agentliklər bir neçə saat ərzində "Telegram" səhifələrini yeniləməyiblər. Onların veb saytları hələ də işləmir .

Bakı vaxtı ilə təxminən saat 4:45 radələrində xəbərlərin dərci bərpa olunub. Bu radələrdə "Telegram"da ilk paylaşım edilib. Lakin üç xəbərdən yalnız biri İrandakı vəziyyətə həsr olunub - ölkənin hava məkanının açıq olduğu və uçuşların davam etdiyi bildirilib.

İranın bir neçə şəhərində keçirilən yürüşlərin çoxsaylı şəkilləri və videoları sosial mediada yayılmağa başladığı üçün paylaşımda fasilə yaranıb.

Seçilən
82
publika.az

1Mənbələr