525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Keniyalı pastor Cimmi İrinqu ağacı qucaqlamaqla yeni dünya rekordunu müəyyənləşdirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 80 saatı hədəfə alan ekofəal böyrək çatışmazlığı üzündən planlaşdırdığı vaxtdan 20 dəqiqə əvvəl ağacdan sözün həqiqi mənasında əl çəkib.
Xəstəxanaya yerləşdirilən İrinqunun orqanizmində bir sıra başqa problemlər də aşkarlanıb. Hər halda, həkimlərin sayəsində keniyalı özünə gələ bilib. Hazırda onun səhhəti normaldır.
Cimmi İrinqu susuz, qidasız, yuxusuz və digər həyati vacib nəsnələrsiz 79 saat 40 dəqiqə ağacı qucaqlamaqla adını Ginnesin rekordlar kitabına saldıra bilib. Bununla o, həm də ölkə ictimaiyyətinin və hakimiyyətinin diqqətini xərçənglə mübarizəyə yönləndirməyə çalışıb.
Yeri gəlmişkən, bundan əvvəlki rekord da keniyalıya məxsus idi. Ötən ilin dekabrında 22 yaşlı Tufena Mutoni adlı qız eyni şərtlərlə 72 saat ağacı qucaqlayaraq dayana bilmişdi.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.