Suriya hərbi qüvvələri Hələbdə vəziyyətin gərginliyini azaltmaq üçün atəşkəs elan edib.
Publika.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin "Telegram" kanalında dərc olunmuş açıqlamada bildirilir.
"Hələbin Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeid ərazilərində atəşkəs tətbiq olunacaq və silahlı qruplar yerli vaxtla saat 03:00-dan (Bakı vaxtı ilə saat 05:00) etibarən ərazini tərk etməlidirlər", - sənəddə deyilir.
Qeyd olunub ki, təşəbbüsün bir hissəsi olaraq, Suriya döyüşçüləri daxili təhlükəsizlik qüvvələri ilə birlikdə silahlı birləşmələr üçün müşayiət və təhlükəsiz keçid təmin edəcəklər.
Bu qərar şəhərdəki vəziyyəti yumşaltmaq, şəhər müəssisələrinin təhlükəsiz bərpasını və silahlı münaqişə zonasında mülki şəxslərin qorunmasını təmin etmək üçün qəbul edilib.