AZ

Kəlbəcərdə Tərtər çayının sahilində yeni “Tunel” hoteli istifadəyə verilib

Kəlbəcər rayonunda ikinci motel tipli hotel istifadəyə verilib. Musavat.com xəbər verir ki, “Tunel” adı ilə məşhur olan ərazidə yeni “Tunel” hotelinin istifadəyə verilməsi Kəlbəcərə səfər edən vətəndaşlar tərəfindən böyük məmnunluqla qarşılanıb.

Qeyd edək ki, bu hotel Kəlbəcər rayonu ərazisində fəaliyyətə başlayan ikinci hoteldir. Ötən ilin sonlarında Kəlbəcər şəhərində motel tipli “Kəlbəcər” hoteli istifadəyə verilib. “Tunel” hoteli Tərtər çayının sahilində Kəlbəcər-Ağdərə yolunun yaxınlığında yerləşir.

Subeykt.az saytının əslən Kəlbəcərdən olan təsisçisi və baş redaktoru Rövşən Hüseynli  bildirib ki, indiyədək Kəlbəcərə səfər edən soydaşlarımız, xüsusilə turistlər və ezamiyyə məqsədilə bölgəyə gələn vətəndaşlar gecələmə yerlərinin məhdudluğu səbəbindən müəyyən çətinliklərlə üzləşirdilər. Yeni “Tunel” hotelinin istifadəyə verilməsi bu problemin aradan qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Müasir tələblərə cavab verən, rahatlıq və xidmət keyfiyyəti ilə seçilən hotelin fəaliyyətə başlaması Kəlbəcərin turizm potensialının bərpası və inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalan və hazırda yenidən qurulan Kəlbəcər rayonu addım-addım dirçəlir, sosial və turizm infrastrukturu genişlənir.

Kəlbəcərdə həyata keçirilən bu kimi layihələr regionun sosial-iqtisadi inkişafına və turizmin canlanmasına töhfə verəcək.

Seçilən
31
ekologiya.az

1Mənbələr