AZ

Nestle körpə qida qarışığında təhlükə Şirkət 50 ölkədəki məhsulları geri toplayır

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsveçrədə yerləşən uşaq qidası və içki şirkəti "Nestle" 50 ölkədə satışa olan  qida qarışığı məhsullarının bəzilərini geri yığmağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə şirkət təkrar açıqlama yayıb.

Qeyd edilib ki, buna səbəb "Nestle" uşaq yeməyinin tərkibində zəhərlənməyə səbəb ola biləcək toksin maddə aşkarlanıb: "Bu səbəbdən 50-dən çox ölkədə körpə qida qarışığı məhsullarının bəzilərini geri çağırma qərar verdik..."

Şirkətdən bildirilib ki, bu məhsullarla əlaqəli hər hansı bir zəhərlənmə faktı baş verməyib, lakin bu geriçağırış ehtiyat tədbiri olaraq verilib.

Samir Musayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
95
mia.az

1Mənbələr