Kolumbiya və ABŞ prezidentlər Qustavo Petro və Donald Tramp arasında tezliklə Vaşinqtonda keçirilməsi planlaşdırılan görüş üçün hazırlıqlara başlayıblar. Bu barədə Caracol radiosunda Kolumbiyanın ABŞ-dakı səfiri Daniel Qarsiya-Penya məlumat verib.
"Qustavo Petronu Ağ Evdə danışıqları davam etdirməyə dəvət edən Prezident Tramp olub", - diplomat çərşənbə günü iki liderin telefon danışığının nəticələrini şərh edərkən bildirib. Onun sözlərinə görə, söhbət ikitərəfli münasibətlərdə "gərginliyin azaldılmasına" kömək edib və Boqota ilə Vaşinqton arasında qarşılıqlı əlaqədə "yeni fəsil" açıb.
Diplomatik missiyanın rəhbəri əlavə edib ki, iki ölkənin xarici işlər nazirlikləri artıq Kolumbiya liderinin səfəri üçün hazırlıqlara başlayıb. Səfir qeyd edib ki, "Prezident Tramp ABŞ Dövlət Katibi Marko Rubionu bu görüşün mümkün tarixini tapmaq üçün məsul şəxs təyin edib".
Əziz MUSTAFA