AZ

Gediş haqqı artırılır? – AÇIQLAMA

Benzin və dizelin bahalaşması ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsini yenidən aktuallaşdırıb.

 

İqtisadçı alim, iqtisadi məsələlər üzrə ekspert Emin Qəribli Pravda.az-a açıqlama deyib ki, qiymət elə də çox artmayıb.

Emin

“Bu, dövlətin nəzarətindədir, sosial vəziyyəti qorumaq üçün müəyyən subsidiyalar yönləndirir. Bu baxımdan proqnozlaşdırmaq çətindir. Avtobuslar, metro ziyanla işləsə də, dövlət müəyyən subsidiyalar ayırır ki, problemi həll etsin. İnanmıram ki, hazırki qiymət artımı nəqliyyata təsir göstərsin. Vaxtaşırı bilirik ki, qiymətlər artır. Müəyyən zaman sonra artsa belə, bunu məhz indiki benzinin qiymət artımı ilə bağlamaq düzgün deyil”.

 

Qeyd: Yanvarın 1-dən etibarən, Aİ-92 benzininin qiyməti 5 qəpik, dizel yanacağı isə 10 qəpik artıb.

 

Şəhanə Quliyeva

Tarix: 9 Yanvar 2026, 08:02   
Seçilən
48
1
pravda.az

2Mənbələr