AZ

Venesuela müxalifətinin lideri Maçado gələn həftə Vaşinqtona səfər edəcək

Vaşinqton, 9 yanvar, AZƏRTAC

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado gələn həftə Vaşinqtona səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib. Tramp səfər zamanı onunla görüşməyi səbirsizliklə gözlədiyini bildirib.

Dövlət başçısı səfərin dəqiq tarixini açıqlamayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
79
5
azertag.az

6Mənbələr