AZ

Kim Çen In Putinlə dostluq münasibətləri ilə fəxr etdiyini bildirib

BAKI, 9 yanvar. TELEQRAF

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək onunla mövcud olan dostluq münasibətləri ilə fəxr etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Koreya Telegraf Agentliyi məlumat yayıb. Agentliyin bildirdiyinə görə, məktub yanvarın 8-də göndərilib.

“Xüsusi vurğulamaq istəyirəm ki, sizinlə dostluq münasibətlərini ən dəyərli hesab edir və bununla qürur duyuram”, - deyə Kim Çen In məktubunda qeyd edib.

Seçilən
69
teleqraf.com

1Mənbələr