AZ

İtaliya A Seriyası: "Milan" öz meydanında vacib xallar itirib

Bakı, 9 yanvar, AZƏRTAC

Futbol üzrə İtaliya A Seriyasında XIX tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib. Hər iki görüşdə heç-heçə qeydə alınıb.

"Kalyari" "Kremoneze" ilə səfər matçında əzmkarlıq nümayiş etdirərək məğlubiyyətdən xilas olub. İlk hissədə 0:2 hesabı ilə geri düşən qonaqlar ikinci yarıda 2 top vuraraq 1 xalı qazanıblar.

Çempionluq uğrunda mübarizə aparan "Milan" isə doğma meydanda vacib xallar itirib. İtaliya nəhəngi evdə "Cenoa"nın müqavimətini qıra bilməyib - 1:1. İlk hissədə məğlub duruma düşən Milan şəhərinin eyniadlı təmsilçisi buraxılan qolun əvəzini matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə çıxa bilib.

Bu nəticədən sonra 39 xalı olan "Milan" 2-ci pillədə qərarlaşıb. Komanda turnir cədvəlinə başçılıq edən əzəli rəqibi "İnter"dən 3 xal geri qalır.

Seçilən
98
azertag.az

1Mənbələr