AZ

“Milan” “Cenoa” ilə heç-heçə etdi

İtaliya A Seriyasının 19-cu turu çərçivəsində “Milan” və “Cenoa” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Milan şəhərindəki “San-Siro” stadionunda keçirilən qarşılaşmanı baş hakim Mauritsio Mariani idarə edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçda hesabı 28-ci dəqiqədə qonaq komandanın hücumçusu Lorenso Kolombo açıb. Bu qolda yarımmüdafiəçi Ruslan Malinovskinin məhsuldar ötürməsi həlledici olub. İkinci hissənin 58-ci dəqiqəsində “Milan”ın hücumçusu Kristian Pulişiç fərqlənsə də, VAR baxışından sonra qol ləğv edilib. Oyunun sonlarında, 90+2-ci dəqiqədə Rafael Leau meydan sahiblini məğlubiyyətdən xilas edərək tarazlığı bərpa edib.

Qarşılaşmanın əlavə olunmuş 9-cu dəqiqəsində “Cenoa”nın futbolçusu Nikolay Stançu penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib və qonaqlar qələbə fürsətini əldən veriblər.

Bu nəticədən sonra “Cenoa” 19 oyundan sonra 16 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. “Milan” isə 39 xalla ikinci yerdədir. Çempionatın lideri 42 xalla “İnter”dir.

Seçilən
43
90deqiqe.az

1Mənbələr