PSJ Fransa Superkubokunun finalında “Marsel”i məğlub edərək növbəti titulunu qazanıb.
Fanat.Az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmada parislilərin heyətində Usman Dembele və Qonçalo Ramoş fərqlənib. “Marsel”in qollarından biri Paço tərəfindən öz qapısına vurulub, digər qolu isə Meyson Qrinvudun adına yazılıb.
Əsas və əlavə vaxtda qalib müəyyənləşmədiyindən görüş penalti zərbələrinə qədər uzanıb.
Penaltilər seriyasında daha dəqiq oynayan PSJ 4:1 hesablı qələbə qazanaraq Fransa Superkubokuna sahib çıxıb.