AZ

İstanbulda FIRTINA: Hava limanında təhlükəli ANLAR

Ajans.az xəbər verir ki, boğaz xəttində küləyin sürəti saatda 90 kilometrə çataraq gündəlik həyatda ciddi çətinliklər yaradıb. "Sabiha Gökçen" Hava Limanında təyyarə eniş zamanı çətinliklərlə üzləşib. Küləyin güclü olması səbəbindən təyyarə təhlükəsizlik məqsədilə pisti pas keçməyə məcbur olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Səlahiyyətli qurumlar vətəndaşları ehtiyatlı olmağa çağırır, fırtınanın yaxın saatlarda da təsirini davam etdirəcəyi bildirilir.

Seçilən
69
Ajans.az

1Mənbələr