İranda iğtişaşlar səbəbindən internet və telefon xidmətləri dayandırılıb.Bu barədə internet monitorinq qrupu “NetBlocks” “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, İranın bütün şəhərlərində internet kəsilib.
“NetBlocks” hesab edir ki, internetin kəsilməsi kütləvi etirazlara qarşı mübarizə çərçivəsində İran hakimiyyət orqanları tərəfindən həyata keçirilib.