AZ

Vens İranda etiraz aksiyalarının iştirakçılarına dəstək ifadə edib

ABŞ vitse-prezidenti Vaşinqtonun İranda dinc etiraz edənlərin yanında olduğunu bildirib...

Poliqon xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens jurnalistlər üçün keçirdiyi brifinqdə Vaşinqtonun İranda keçirilən dinc etiraz aksiyalarının iştirakçılarını dəstəklədiyini bəyan edib. Onun sözlərinə görə, ABŞ dinc şəkildə etiraz edən, sərbəst toplaşmaq hüququnu həyata keçirməyə və səsini eşitdirməyə çalışan bütün iranlıların yanındadır.

Vens vurğulayıb ki, Birləşmiş Ştatlar İranda zorakılığa yol vermədən mövqeyini ifadə edən vətəndaşların fundamental hüquqlarının qorunmasını vacib hesab edir və bu məsələni diqqətlə izləyir.

Xatırladaq ki, yanvarın 8-də İranda ölkə üzrə internet bağlantısının kəsildiyi barədə məlumat yayılıb. Həmin gün, həmçinin kütləvi iğtişaşların 27 vilayətin 92 şəhərini əhatə etdiyi bildirilib.

Məlumata görə, İranda etiraz aksiyaları ötən ilin dekabr ayının sonunda milli valyutanın kəskin dəyərdən düşməsi fonunda başlayıb. Aksiyalar təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi ilə müşayiət olunub, polis gözyaşardıcı qazdan və pnevmatik silahlardan istifadə edib. Ən iri etirazlar Tehranda baş tutub, ən sərt toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində - Mələkşahi, Kermanşah və Lordegan şəhərlərində qeydə alınıb.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr