AZ

Tramp: Beynəlxalq hüquq mənim üçün önəmli deyil...

ABŞ prezidenti beynəlxalq normalara münasibəti ilə bağlı sərt açıqlama verib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp beynəlxalq hüquqa münasibətdə açıq şəkildə laqeyd mövqe sərgilədiyini bəyan edib. Onun sözlərinə görə, beynəlxalq hüquq normaları Vaşinqtonun qərarlarının qəbulunda həlledici rol oynamır.

Tramp bildirib ki, ABŞ öz milli maraqlarını hər şeydən üstün tutur və bu maraqlar tələb etdikdə beynəlxalq hüquq çərçivəsində məhdudiyyətləri nəzərə almaya bilər. Prezidentin bu açıqlaması ABŞ-nin son dövrlərdə beynəlxalq arenada atdığı addımlar, xüsusilə də hərbi və siyasi müdaxilələrlə bağlı müzakirələr fonunda səslənib.

Müşahidəçilərin fikrincə, Trampın bu cür mövqeyi Vaşinqtonun qlobal siyasətdə birtərəfli yanaşmanı gücləndirdiyini və beynəlxalq hüquq mexanizmlərinə etimadın azaldığını göstərir. Ekspertlər hesab edirlər ki, belə bəyanatlar ABŞ-nin müttəfiqləri ilə münasibətlərinə, eləcə də beynəlxalq sistemdə hüquqi prinsiplərin gələcəyinə ciddi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr