AZ

Səhiyyə Nazirliyinin 130 min manatlıq qalibi 10 manat MMC-dir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yüksək riskə məruz qalan əsas əhali qrupu nümayəndələri arasında zərərin azaldılması xidmətlərinin təmin edilməsi məqsədilə sərf materialları və gigiyenik dəstlərin satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.

NOCOMMENT.az xəbər verir ki, satınalmaların portalında yer alan məlumata görə, spirtli salfetlər və gigiyenik dəstlərin alınmasını nəzərdə tutan müsabiqənin qalibi “Bayramlı Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tender çərçivəsində tərəflər arasında 130.930 AZN məbləğində müqavilənin bağlanması gözlənilir.

Araşdırmalar zamanı məlum olub ki, tenderin qalibi olan “Bayramlı Group” MMC-nin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Sevda Süleymanova Kazım qızıdır. / 32gun.az /

Seçilən
35
nocomment.az

1Mənbələr