AZ

“Piter Bakı deyil, şəhərdən çıxın”: şovinist Rusiyanın çirkin üzü - VİDEO

Sankt-Peterburqda tikinti işləri ətrafında yaranan narazılıqlar fonunda yerli sakinlərlə miqrantlar arasında toqquşmalar baş verib.

Turkustan.az xəbər verir ki, insident zamanı aqressiv və ksenofob çağırışlar səsləndirilib, o cümlədən “Piter Bakı deyil, şəhərdən çıxın” kimi şüarlar eşidilib.

Məlumata görə, etirazçılar miqrantların iştirak etdiyi tikinti şirkətlərinin qanunla qorunan tarixi binaları dağıtdığını iddia edirlər. Onların sözlərinə görə, bir neçə binanın sökülməsindən sonra qarşıdurma açıq toqquşma mərhələsinə keçib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və aksiyada iştirak edənlərdən 19 nəfər saxlanılıb. /Musavat.com/

Seçilən
50
2
turkustan.az

3Mənbələr