AZ

İRAN ÇALXALANIR: Tehranda atəş səsləri eşidilir

İranda internetin sürətinin kəskin azaldılması ölkənin bir çox şəhərlərində etiraz dalğasını gücləndirib.

Publika.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, Tehranda insanlar kütləvi şəkildə küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.

Həmçinin İran paytaxtında yolların bağlandığı bildirilir. Müxalifət mediası yazır ki, təhlükəsizlik qüvvələri etirazçılara atəş açıblar.

Hüquq-müdafiə təşkilatlarının məlumatına əsasən, ötən il dekabrın 28-dən başlayan aksiyalar zamanı azı 45 etirazçı həlak olub.

Seçilən
80
8
publika.az

10Mənbələr