AZ

İrandakı etiraz aksiyalarında ölənlərin sayı artdı

İranda hakimiyyət əleyhinə keçirilən etiraz aksiyalarında ölənlərin sayı 46-nı ötüb.Metbuat.az yerli mediaya istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri əvvəlcə nümayişləri dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə etsə də, hazırda etirazçılara qarşı odlu silah tətbiq olunur. Bildirilib ki, Məşhəddə ölkənin bayrağı endirilərək yandırılıb, Ərdəbildə isə ali rəhbər Seyid Əli Xameneiyə qarşı şüarlar səsləndirilib. Təbriz də daxil olmaqla, azərbaycanlıların yaşadığı digər şəhərlərdə də etirazlar davam edir.

ABŞ Prezidenti Donald Tramp "The Hugh Hewitt Show" radio proqramına müsahibəsində Vaşinqtonun baş verənləri yaxından izlədiyini bildirib. O qeyd edib ki, nümayişçilərə qarşı zorakılıq davam edərsə, bunun ciddi nəticələri olacaq.

Seçilən
49
metbuat.az

1Mənbələr