AZ

Məşqçisiz olan və borclar içində üzən kluba daha bir zərbə

Bu mövsüm artıq iki fərqli məşqçi ilə çalışmasına baxmayaraq, yenə də məşqçisiz olan “Antalyaspor”da çətin günlər davam edir.

"Football-plus.az" xəbər verir ki, son 3 rəsmi oyunda uduzan, son 8 rəsmi oyunda cəmi 1 qələbəsi olan və ilk dövrəni 15 xalla 15-ci pillədə tamamlayan Antalya klubu bir tərəfdən məşqçi axtarışını davam etdirirsə, digər tərəfdən FİFA-dakı dosyeləri bağlamaq və transfer qadağasını aradan qaldırmaq üçün çarpışır. Mövsümə Əmrə Belözoğlu ilə başlayan, sonra Erol Bulutla davam edən “ağ-qırmızılar” Volkan Dəmirəllə anlaşmağa yaxındı.

Bir müddət əvvəl öz istəyi ilə “Gənclərbirliyi”dən ayrılan Volkan Dəmirəl Antalya klubunda işləməyə razıdı. Amma o, rəhbərlikdən transfer qadağasının aradan götürülməsini tələb edib. Dəmirəl artıq transferini tələb etdiyi futbolçuların siyahısını da rəhbərliyə təqdim edib. Antalya klubunun sentyabrın 15-dən bəri transfer cəzası var.

Hazırda FİFA-da bu klubla bağlı 5 dosye mövcuddu. Başqan Rza Perçin bu dosyelərin bağlanması üçün 2,5 milyon avroya ehtiyac duyulduğunu bildirib. Rəhbərlik bu problemi qış “transfer pəncərəsi” açılana qədər yoluna qoymaq istəyir. Əks təqdirdə klub qışda heç kimi ala bilməyəcək.

Maraqlıdı ki, daha bir futbolçu pulunu ala bilmədiyinə görə müqaviləsini birtərəfli şəkildə ləğv edərək “Antalyaspor”dan FİFA-ya şikayət edib! Bu, Tomaş Çvançaradı.

25 yaşlı çexiyalı forvard mövsümün əvvəlində Münhenqladbax “Borussiya”sından birilliyə icarəyə götürülmüşdü. Onun illik maaşı 800 min avroya bərabər idi. Kvançara bir neçə gün öncə klubla bütün əlaqələrini kəsərək FİFA-ya üz tutub. O, klubdan 200 min avro alacağının olduğunu bildirib. Bu futbolçu sosial şəbəkələrdə “Antalyaspor”a aid hər şeyi silib. O, ikinci dövrə üçün özünə klub tapa bilməsə, Türkiyə klubu ona maaş ödəməkdə davam etməli olacaq.

Son 4 turda, ümumiyyətlə, oynamayan Çvançara bu mövsüm 13 rəsmi oyunda iştirak edərək hesabına yalnız 2 qol, 1 məhsuldar ötürmə yaza bilib.

Seçilən
70
1
football-plus.az

2Mənbələr