AZ

Ordu Hələbdə hərbi əməliyyatlar aparır

Suriyada ordu ilə PKK terrorçularından ibarət “Suriya demokratik qüvvələri” arasında qarşıdurmalar davam edir. Metbuat.az xəbər verir ki, Suriya ordusunun terrorçuların olduğu Hələb şəhərinə daxil olduğu bildirilir. Məlumata görə, bəzi sakinlər humanitar dəhlizlə təxliyə edilib. Dəməşqdən terrorçuların mövqelərinə artilleriya atəşi açılıb. Qeyd edək ki, Suriya Xarici İşlər Nazirliyi ordunun Hələbdə “Suriya demokratik qüvvələri”nin hücumlarına qarşı məhdud hərbi əməliyyat həyata keçiriləcəyini açıqlamışdı.

Bundan əvvəl, “Suriya demokratik qüvvələri” Suriya hökumətinin şərtlərini qəbul etsə də, şərtləri həyata keçirməmişdi.

Seçilən
50
metbuat.az

1Mənbələr