AZ

Donald Tramp İsrailə “yaşıl işıq” yandırdı: Təl-Əviv başlayır

İsrailin Baş naziri Benyamin Netanyahu kabinetə bildirib ki, ABŞ prezidenti Donald Tramp Tel-Əvivin “Hizbullah”ı hədəf alan yeni hərbi əməliyyat planlarını dəstəkləməyə razılıq verib.

“Can” xəbər verir ki, İsrail Livan radikallarının silahlarını yerə qoymaqdan imtina etməsi fonunda, əməliyyatı həyata keçirmək niyyətindədir. “Hizbullahın tərksilah etməkdən imtina etməsinə cavab olaraq, baş nazir nazirlərinə bildirib ki, İsrail ABŞ prezidentindən Livana hücum etmək üçün yaşıl işıq alıb”, – “Can” xəbər verir.

Nəşr İsrail təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən xəbər verir ki, Təl-Əviv ölkənin şimalında mümkün eskalasiyaya hazırdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
38
editor.az

1Mənbələr