Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Yanotama adlı pişik Yaponiyanın Vakayama prefekturasının Kinokava şəhərində rəsmi olaraq stansiya növbətçisi təyin edilib. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, mərasim zamanı pişiyə adı həkk olunmuş medal və papaq təqdim edilib. Wakayama Elektrik Dəmir Yolu Şirkətinin prezidenti Mitsunobu Kodzima Yonotamanın simvolik, lakin əhəmiyyətli rol oynayacağına ümid etdiyini bildirib. Yonotama ötən ilin noyabrında vəfat edən əvvəlki stansiya rəisi Nitamanı əvəz edib. Qeyd edək ki, bu vəzifə simvolik xarakter daşıyır və pişik turistləri cəlb edən talisman kimi fəaliyyət göstərir. Ənənənin əsası 2007-ci ildə qoyulub və bu təşəbbüs dəmir yolu xəttinin populyarlaşmasına töhfə verib.
Oxunub 58
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.