AZ

Rusiyalı deputatlar ABŞ a gedəcək

ain.az, Reyting.az saytına istinadən bildirir.

ABŞ Konqresinin üzvləri ilə görüş üçün Rusiya Dövlət Dumasının dörd deputatı ABŞ-a dəvət olunub. Görüşdə Ukrayna ilə sülh danışıqlarının gedişi və digər məsələlər müzakirə oluna bilər.

Reyting.az xəbər verir ki, yayılan məlumatları təsdiq edən ilk rəsmi mənbə amerikalı senator Anna Paulina Luna olub.

Senatorun sözlərinə görə, görüş öncədən Dövlət Departamenti ilə razılaşdırılıb və yanvarın sonlarında keçirilə bilər.

Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib ki, yekun razılaşma əldə edildikdən sonra görüş baş tutacaq. Deputat danışıqların məqsədinin uzun illər ərzində müzakirə olunmayan iqtisadiyyat, terrorizm və təhlükəsizlik kimi mövzular olacağını söyləyib. Lakin Çepa ABŞ-a hansı deputatların gedəcəyini bilmir.

Onu da xatırladaq ki, Rusiya ilə ABŞ arasında rəsmi parlament əlaqələri Ukrayna savaşı öncəsi dayandırılıb.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
reyting.az

1Mənbələr