AZ

Beyin sağlamlığını qorumaq üçün bu 8 vərdişi etməkFAYDALIDIR

Son elmi araşdırmalar göstərir ki, sağlam həyat tərzi beyin sağlamlığının qorunmasında həlledici rol oynayır. Mütəxəssislərin bildirdiyinə görə, demensiya və digər yaddaş pozuntularının təxminən 45 faizi düzgün qidalanma və gündəlik vərdişlərin dəyişdirilməsi ilə önlənə bilər.  

Redaktor.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.

Araşdırmada qeyd olunur ki, müntəzəm fiziki aktivlik beyinə qan axınını yaxşılaşdırır və zehni funksiyaların zəifləməsinin qarşısını alır. Gündəlik gəzinti və ya yüngül idman məşqləri belə yaddaşın möhkəmlənməsinə müsbət təsir göstərir. Eyni zamanda, tərəvəzlər, tam taxıllar, qoz-fındıq və faydalı yağlarla zəngin qidalanma beyin hüceyrələrinin qorunmasına kömək edir.

Mütəxəssislər bildirirlər ki, beyni aktiv saxlamaq üçün mütəmadi oxumaq, yeni bacarıqlar öyrənmək və məntiqi oyunlarla məşğul olmaq vacibdir. Sosial əlaqələrin güclü olması da yaddaş zəifləməsinin qarşısını alan əsas amillərdən biri hesab olunur. İnsanlarla ünsiyyətdə olmaq və sosial fəaliyyətlərdə iştirak etmək beyin fəaliyyətini stimullaşdırır.

Araşdırmada həmçinin alkoqollu içkilərdən sui-istifadənin və xroniki stressin beyin sağlamlığına ciddi zərər verdiyi vurğulanır. Həkimlər yaş artdıqca peyvəndlərin vaxtında vurulmasını və infeksiyalardan qorunma tədbirlərinə əməl edilməsini də tövsiyə edirlər.

Mütəxəssislərin fikrincə, bu sadə, lakin effektiv tövsiyələrə əməl etməklə həm yaddaşı qorumaq, həm də yaşlılıqda zehni sağlamlığı uzun müddət saxlamaq mümkündür.

Xədicə BAXIŞLI

 

Seçilən
85
redaktor.az

1Mənbələr