ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev yanvarın 7-də Fransanın Paris şəhərində olub. "Le Monde" nəşri məlumatı adlarının çəkilməsini istəməyən mənbələrə istinadla yayıb.
Reyting.az xəbər verir ki, qəzetin yazdığına görə, həmin gün Parisdə Ukraynanın və müttəfiqlərinin "İstəklilər koalisiyası" sammitinin keçirilməsi də təsadüfi deyil.
Bəzi Qərb mətbuatı isə bildirir ki, öncədən planlaşdırılmayan bu görüş ABŞ-nın istəyi ilə baş tutub.
Lakin Yelisey sarayı Rusiya təmsilçisinin rəsmi danışıqlarda iştirakı barədə yazılanları təkzib edib.
"Le Monde" K. Dmitriyevin ABŞ səfirliyini ziyarət etdiyini bildirsə də, orada kiminlə görüşdüyü naməlum qalıb.
Onu da qeyd edək ki, yanvarın 6-7-də keçirilən sammitdə Ukrayna və onun tərəfdaşları müharibədən sonra Kiyevə verilə biləcək təhlükəsizlik təminatlarını müzakirə ediblər.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.