Müəllif: Tamara Mustafayeva, Banco.az
“Avrostat” – Avropa İttifaqının Statistika Ofisi Avropa İttifaqı (Aİ) və Avrozona üzrə 2025-ci ilin noyabr ayına dair işsizlik göstəricilərini açıqlayıb.
Banco.azxəbər verir ki, məlumata görə, Aİ-də oktyabr ayında 6 faiz olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik səviyyəsi noyabr ayında da dəyişməyərək eyni səviyyədə qalıb.
Avrozonada isə oktyabr ayında 6,4 faiz olan işsizlik səviyyəsi noyabrda 6,3 faiz təşkil edib.
Ötən ilin noyabr ayında işsizlik səviyyəsi Avrozonada 6,2 faiz, Aİ-də isə 5,8 faiz olaraq qeydə alınıb.
Noyabr ayında işsizlik səviyyəsi İspaniyada 10,4 faiz, Finlandiyada 10,1 faiz, İsveçdə 9 faiz, Yunanıstanda isə 8,2 faiz olub.
Bizi sosial şəbəkələrdən izləyin!!