AZ

Tramp ABŞ Konqresin razılığı olmadan Venesuelaya qarşı güc tətbiqini qadağan edən qətnaməni tənqid edib

ABŞ Prezidenti Donald Tramp Konqresin razılığı olmadan Venesuelaya qarşı hərbi güc tətbiq edilməməsini nəzərdə tutan qanunvericilik təşəbbüsünü Konstitusiyaya zidd adlandırıb.

APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib.

Tramp bildirib ki, bu səsvermə ABŞ-ın özünümüdafiə və milli təhlükəsizliyini ciddi şəkildə zəiflədir, eyni zamanda prezidentin ali baş komandan kimi fəaliyyətinə maneələr yaradır.

Onun sözlərinə görə, sözügedən qətnamə Konstitusiyanın ikinci maddəsini pozur və dövlət başçısının səlahiyyətlərinə ziddir.

Seçilən
26
2
apa.az

3Mənbələr