"NetBlocks" beynəlxalq internet monitorinq xidməti İranda davam edən etirazlar fonunda Tehranda və ölkənin bir sıra digər şəhərlərində internet bağlantısının zəiflədiyini qeydə alıb.
Moderator.az bildirir ki, bu barədə məlumat xidmətin "X" platformasındakı paylaşımında yer alıb.
"Cloudflare"in məlumatına görə, ölkədə "IPv6" protokolu üzrə trafikin həcmi əvvəlcə demək olar ki, 98.5% azalıb, daha sonra isə tamamilə yoxa çıxıb.
Bu protokol tez-tez internet məhdudiyyətlərini aşmaq üçün istifadə olunur və onun yoxa çıxması hakimiyyət tərəfindən məqsədyönlü tədbirlərin görüldüyünə işarə edə bilər.
İranın rəsmi şəxsləri planlaşdırılan məhdudiyyətlər barədə hələlik açıqlama verməyiblər.