İranın müxtəlif şəhərlərində etirazçılar dövlət bayraqlarını endirərək cırıblar.
Doğru.az xəbər verir ki, ölkənin ikinci ən böyük şəhəri Məşhəddə də bayraq etirazçılar tərəfindən endirilmiş və yararsız hala gətirilib.
Qəsr-Şirin şəhərində də eyni hadisə baş verib. Şimali Xorasan əyalətinin Şirvan şəhərində isə etirazçılar tərəfindən şəhər kameraları sındırılıb, hiddətlənmiş vətəndaşlar SEPAH-a məxsus avtomobilləri əziblər.
Xatırladaq ki, daha əvvəl etirazçıların üç şəhəri ələ keçirdikləri, sonuncusunun isə Kərəc şəhəri olduğu xəbər verilmişdi.
DOĞRU.AZ