AZ

"Çox şeyi göz önünə almışam, Azərbaycana geri qayıtmaq fikrim yoxdur"

Azərbaycanın I Liiqa klubu "Difai"ni Albaniyanın İkinci Liqasında çıxış edən "Beselidya"ya dəyişən Bayraməli Qurbanov Sportinfo.az-a müsahibə verib.

- İlk öncə ondan danışaq ki, ölkə xaricinə transferin necə baş tutdu?

- Menecerim Emrah Akcaay transferin baş tutması üçün çox əziyyət çəkdi. Ona təşəkkür edirəm. Statistikam yaxşı olmadığı üçün transferim elə də asan olmadı. Şükürlər olsun ki, çətinliklə olsa belə sonda baş tutdu.

- Vüsal İsgəndərli və Zamiq Əliyev də Albaniyada legioner həyatı yaşayır. Onlarla transferin barədə söhbətin oldumu?

- Bəli, Zamiq Əliyevlə bu barədə danışdıq. Düzdü, o əsas liqada çıxış edir. Amma sağ olsun çox köməyi dəydi. Bura gəldiyim gündən uyğunlaşmağım üçün çox kömək edir.

- Bundan sonrakı məqsədin, hədəfin nədir?

- Təbii ki, bununla kifayətlənmək istəmirəm. Daha yaxşı liqalarda oynamaqla ölkəmi daha yaxşı şəkildə təmsil etməkdir.

- Legioner futbolçularımız ölkə xaricində çox da qala bilmir. Buna psixoloji olaraq hazırsan?

- Hər kəs fərqli düşünür. Bu barədə çox şey deyə bilmərəm. Amma öz adıma çox şeyi göz önünə alaraq yola çıxmışam. Burada gözəl şeylər etmədən geri qayıtmaq fikrim yoxdur. Ailəmi, sevdiklərimi geridə qoyaraq gəlmişəmsə, demək ki, gözəl gələcək qurmaq mənim üçün şərtdir.

- İki mövsümdü Birinci Liqada qolları sıralayırsan. Premyer Liqada niyə işlərin yaxşı alınmadı?

- Məncə, Premyer Liqada daha çox şans tapsaydım, orada da qollarıma davam edə bilərdim. Sağlıq olsun, dayanmadım, davam etdim. Bunun nəticəsində Avropada özümə klub tapa bildim. Dayanmaq fikrim yoxdur. Daha çox çalışaraq daha gözəl yerlərdə özümü görmək istəyirəm. Ən əsası bunu bacaracağıma inanıram.

XANOĞLAN İMANOV

Seçilən
52
sportinfo.az

1Mənbələr