AZ

Bayraqlar endirildi, avtomobillər əzildi: İranda vəziyyət KRİTİK HƏDDƏ

İranın müxtəlif şəhərlərində dövlət bayrağı endirilir və parçalanır. Etirazçılar ölkənin ikinci ən böyük şəhəri olan Məşhəddə dövlət bayrağını endirərək cırıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Qəsr-Şirin şəhərində də İran bayrağı etirazçılar tərəfindən endirilərək yararsız hala salınıb.

Şimali Xorasan əyalətinin Şirvan şəhərində etirazçıları qeydə alan şəhər kameraları sındırılıb. Hiddətlənmiş vətəndaşlar SEPAH-a məxsus avtomobilləri əziblər.

Xatırladaq ki, daha əvvəl etirazçıların üç şəhəri ələ keçirdikləri ilə bağlı xəbərlər yayılıb. Onlardan sonuncusu Tehranın Xəzər dənizi və digər bölgələrlə əlaqəsini təmin edən mühüm nəqliyyat qovşağı sayılan Kərəc şəhəri olub.


Telegram kanalımız
Seçilən
28
2
yenisabah.az

3Mənbələr