AZ

Şotlandiyada ana və qızı antisemit  paylaşımlarına görə həbs ediliblər

Şotlandiyada antisemit, irqçi və transfobik materialları internetdə paylaşan neonasist ana və qızı Edinburq şəhərində həbs cəzasına məhkum ediliblər.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

51 yaşlı Şirli Krouell və 27 yaşlı qızı Hanna Krouell 2021-2024-cü illər arasında törədilmiş nifrət cinayətlərində təqsirli biliniblər.

İş ekstremist təbliğat, Holokostun inkarı, yəhudilərə və digər azlıqlara qarşı təhdidlərlə bağlı olub.Məhkəmədə bildirilib ki, Şirli Krouell dəfələrlə Adolf Hitlerə heyranlığını bildirib, "ağ soyqırımı" haqqında sui-qəsd nəzəriyyələrini təbliğ edib və yeni Holokost çağırışı edib.

O, davranışının təhqiramiz ifadələrdən kənara çıxdığını və yəhudi xalqına qarşı zorakılıq və təhdidləri əhatə etdiyini bildirib.

Elvin

Ölkə.az

Seçilən
82
1
olke.az

2Mənbələr