AZ

Azərbaycanın yeni "yaşıl" gücü: daxili bazara töhvə və regional perspektivlər

Bakı. Trend:

Bu gün Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power”şirkəti tərəfindən inşa edilmiş, 240 MVt gücündə olan“Xızı–Abşeron” külək elektrik stansiyasının rəsmi açılış mərasimikeçirildi. Obyektin istifadəyə verilməsi yalnız milli enerjisisteminin inkişafında növbəti mərhələ deyil, həm də Azərbaycanınregionda “yaşıl” enerjinin əsas mərkəzlərindən birinə çevrilməsininmühüm göstəricisidir.

Bu stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızırayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxıntorpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyənedilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, ocümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidəstansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb.Layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xariciinvestisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmitəqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun danəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400min tondan çox karbon qazının atmosferə atılmasının qarşısıalınacaq. Layihənin baş podratçısı Çinin “Power China Group”untörəmə şirkəti olan “Power China Huadong Engineering Co.,Ltd.”dir.

“Xızı-Abşeron” külək elektrik stansiyasının istifadəyə verilməsiölkənin enerji sektoru üçün sistemli əhəmiyyət daşıyır. Birincisi,layihə elektrik istehsalının şaxələndirilməsinə və daxili enerjibalansının bərpaolunmayan yanacaqlardan asılılığının azaldılmasınaxidmət edir. Külək enerjisi sayəsində azad olan təbii qaz həcmləriilk növbədə Avropa bazarlarına ixrac oluna bilər ki, bu daAzərbaycanın artan tələbat və Avropanın enerji təhlükəsizliyinəartan diqqət şəraitində etibarlı enerji təchizatçısı kimi rolunugücləndirir.

İkincisi, stansiya milli enerji sisteminin dayanıqlığınımöhkəmləndirir və ənənəvi ilə bərpa olunan enerji istehsalıarasında balans yaradır. Bu, ölkənin hər iki istiqamətin paralelinkişafına strateji yönümlü siyasətini nəzərə alaraq xüsusilə önəmdaşıyır və yüksək, dövlət səviyyəsində dəfələrlə vurğulanıb.

2020-ci ilin 9 yanvar tarixində Azərbaycan RespublikasınınEnergetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWAPower” şirkəti arasında İcra müqaviləsi imzalanıb. 2020-ci ilin 30dekabr tarixində isə Azərbaycan Respublikasının EnergetikaNazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının“ACWA Power” şirkəti arasında 240 MVt gücündə külək elektrikstansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerjialqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”imzalanıb. 2022-ci ilin yanvar ayında stansiyanın təməlqoymamərasimi keçirilib və bu günki açılış ardıcıl və proqnozlaşdırılabilən investisiya siyasətinin məntiqli nəticəsi olub.

“ACWA Power” bərpa olunan enerji bazarında sıravi oyunçu deyil.Şirkət dünyanın aparıcı özəl developerlərindən, investorlarından vəenerji və su layihələrinin operatorlarından biridir. 2025-ci ilinfevral ayı vəziyyətinə görə, “ACWA Power”in portfeli istismarda,tikintidə və qabaqcıl inkişaf mərhələsində olan 101 enerji və suyunduzsuzlaşdırılması layihəsini əhatə edir və onların ümumi dəyəritəxminən 107,5 milyard ABŞ dollarıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev küləkelektrik stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanıbildirib ki, bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmişilk bərpa olunan enerji ilə işləyən elektrik stansiyasıdır, lakinsonuncu olmayacaq.

“Şirkətin daha böyük planları var və Azərbaycan dövləti buplanları tam dəstəkləyir”,- deyə Prezident İlham Əliyevbildirib.

“ACWA Power”ın Azərbaycandakı layihələri təkcə bir elektrikstansiyası ilə məhdudlaşmır. 2024-cü ilin may ayında şirkət iləAzərbaycanın Energetika Nazirliyi 200 MVt gücündə enerji saxlama(BESS) sisteminin layihələndirilməsi üzrə saziş imzalayıb. Bulayihə bərpa olunan enerji mənbələrinin enerji sisteminəinteqrasiyası üçün həlledici əhəmiyyətə malikdir, çünki o, eneriistehsalı dalğalanmalarını idarə etməyə, qonşu enerji sistemləriilə dayanıqlı əlaqələri saxlamağa və enerji itkilərini minimumaendirməyə imkan verir.

Bundan əlavə, 2025-ci ilin sentyabr ayında Azərbaycan ilə “ACWAPower” arasında Xəzər dənizində suyun duzsuzlaşdırılması zavodununtikintisi üzrə tərəfdaşlıq sazişi imzalanıb. Layihə layihələndirmə,tikinti, maliyyələşdirmə, istismar və texniki xidmət mərhələləriniəhatə edir və 25 illik müddətə dövlət-özəl tərəfdaşlıq formatındahəyata keçiriləcək. Layihə su resurslarının səmərəli idarəolunmasına və əhalinin su təminatının artırılmasına yönəlib.

Əlavə olaraq, Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutu ilə“ACWA Power” su və torpaq resursları sahəsində bilik və təcrübəmübadiləsini nəzərdə tutan Anlayış Memorandumu imzalayıblar ki, buda əməkdaşlığın uzunmüddətli və kompleks xarakterinivurğulayır.

Ölkənin BƏM sahəsində potensialına gəlincə, Prezident İlhamƏliyevin sözlərinə görə, son 20 ildə Azərbaycanda yaradılmışgenerasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfəartıb.

“Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavatabərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur.Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çoxyeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, burəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxilitələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisinidaha böyük həcmdə ixrac edək”,- deyə dövlət başçısı vurğulayıb.

Texniki potensialına görə ölkədə bərpa olunan enerjimənbələrinin gücü quruda 135 QVt, dənizdə isə 157 QVtqiymətləndirilir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan MuxtarRespublikası “yaşıl enerji” zonaları elan olunub, burada bərpaolunan enerji mənbələrinin ümumi potensialı 20 QVt-a çatır.

Proqnozlara görə, 2027-ci ilə qədər elektrik enerjisiistehsalında bərpa olunan enerji mənbələrinin payı 25%-ə, 2030-cuilə qədər isə 30%-ə çatacaq. Birinci mərhələdə (2027-ci ilin sonunaqədər) təxminən 2 QVt gücündə yeni qurğuların istifadəyə verilməsiplanlaşdırılır, sonrakı illərdə isə bu rəqəm 6 QVt-dan çox olacaq.Əgər birinci mərhələdə prioritet daxili istehlaka veriləcəksə,sonrakı mərhələdə elektrik enerjisinin ixracı və data mərkəzlərininenerji təchizatı təmin olunacaq.

Azərbaycanda bərpa olunan enerjinin inkişafı beynəlxalq “yaşıl”enerji dəhlizlərinin formalaşması ilə sıx bağlıdır. Bunlara Xəzərdənizi – Qara dəniz – Avropa, Mərkəzi Asiya – Azərbaycan,Azərbaycan – Türkiyə – Avropa və Azərbaycan – Türkiyə – Gürcüstan –Bolqarıstan marşrutları daxildir. Bu layihələr ölkənin təmizenerjinin tranzit və ixrac mərkəzi kimi rolunu gücləndirir.

“Xızı–Abşeron” külək elektrik stansiyasının istifadəyə verilməsiAzərbaycanın bərpa olunan enerjidə nöqtəvi layihələrdən sistemliinkişaf mərhələsinə keçdiyinin bariz sübutudur. Ölkə yalnız özenerji təhlükəsizliyini möhkəmləndirmir, həm də enerjinin ixracı vəuzunmüddətli xarici investisiyaların cəlbi üçün dayanıqlı əsasyaradır.

Strateji planlaşdırmanın, beynəlxalq əməkdaşlığın vəgenişmiqyaslı infrastruktur layihələrinin vəhdəti Azərbaycanınregionda “yaşıl” energetikanın əsas oyunçularından biri kimimövqeyini möhkəmləndirməsinə imkan verir.

Seçilən
75
az.trend.az

1Mənbələr