CIES-in açıqladığı son hesabat futbol bazarında dəyərlərin nə qədər yüksəldiyini bir daha ortaya qoyub. Dünyanın ən bahalı futbolçularını əhatə edən reytinq siyahısında zirvədə gözlənilməz ad yer alıb.
"Yeni Sabah" xəbər verir ki, araşdırmaya görə, “Barselona”nın gənc istedadı Lamin Yamal hazırda planetin ən yüksək transfer dəyərinə malik futbolçusu hesab olunur. Onun bazar qiyməti 343,1 milyon avro olaraq göstərilib.
Siyahıda ikinci mövqedə “Mançester Siti”nin əsas hücum silahı Erlinq Holand qərarlaşıb. Norveçli futbolçunun transfer dəyəri 255,1 milyon avro ilə qiymətləndirilib. İlk üçlüyü isə “Real Madrid”in ulduz oyunçusu Kilian Mbappe tamamlayır. Fransalı hücumçunun dəyəri 201,3 milyon avro olaraq qeyd olunub.
Telegram kanalımız