AZ

“Leyli və Məcnun”u süni intellektlə təqdim etdi Video

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əməkdar artist Gülüstan Əliyeva süni intellektdən istifadə edərək “Leyli və Məcnun” operasını izləyicilərinə təqdim edib.

Axşam.az xəbər verir ki, “Leyli və Məcnun” operasının ilk səhnələşdirildiyi günə təsadüf edən layihəni sənətçi teatr fəaliyyətinin 30 illiyinə həsr etdiyini bildirib:

“Leyli və Məcnun” operasının ilk səhnələşdirilməsi 1908-ci ilin yanvarın bu gününə təsadüf edir. Bu, həm ilk Azərbaycan operası, həm də islam dünyasında ilk opera idi. Tamaşada onlarla peşəkar xanəndə və akryorlar rol aldı. Onlardan biri mən - Gülüstan Əliyevanın qismətinə yazıldı. Bu il həmçinin teatr fəaliyyətimin 30 ilidir. Hər iki əlamət münasibəti ilə “Şərqin səsi” adlı maraqlı layihəni təqdim etdim. Bu, Azərbaycanda ağız artikulyasiyasının muğamda süni intellekti ilə ilk təqdimatıdır. ”Şərqin səsi” adı ilə “Leyli və Məcnun” tamaşasında öz partiyalarımı təqdim etdim.

Ekran işi hələlik, “Görüş”, “Elçilik” və “Toy” səhnəsindən ibarətdir. Milli operanın digər səhnələrin yaxın zamanlarda təqdimatı nəzərdə tutulur".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
axsam.az

1Mənbələr