AZ

Tramp “xəstə” adlandırdığı şəxslə müzakirələrə başlayır

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Ağ evdə ABŞ və Kolumbiya nümayəndələri arasında görüşə hazırlıqların aparıldığını açıqlayıb.

Reyting.az xəbər verir ki, məlumatı “Fox News” yayıb.

“Narkotika vəziyyətini və digər fikir ayrılıqlarını izah etmək üçün zəng edən Kolumbiya prezidenti Qustavo Petro ilə danışmaq böyük şərəf idi. Onun zəngini və söhbətinin tonunu yüksək qiymətləndirirəm və tezliklə onunla görüşməyi səbirsizliklə gözləyirəm”, - deyə Tramp bildirib.

Ağ ev rəhbəri əlavə edib ki, hazırda dövlət katibi Marko Rubio ilə Kolumbiya xarici işlər naziri arasında danışıqlar aparılır. Onlar Ağ evdə mümkün görüş məsələsini müzakirə edirlər.

Jurnalistlər xatırladırlar ki, ABŞ prezidenti Venesueladakı əməliyyatdan sonra Qustavo Petroya xəbərdarlıq etmişdi. Xüsusilə, o, “Kolumbiya çox xəstədir” və ölkəyə “kokain istehsal etməyi sevən xəstə bir adamın rəhbərlik etdiyini” bildirmişdi.

ABŞ-nın Venesueladakı əməliyyatından sonra Vaşinqton Qərb yarımkürəsindəki digər ölkələrlə bağlı bir sıra açıqlamalar verib.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
reyting.az

1Mənbələr