Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Çoxlu sayda qəzəbli fermer cümə axşamı Fransa parlamentinin aşağı palatası qarşısında Avropa Birliyinin beş Cənubi Amerika ölkəsi ilə sərbəst ticarət müqaviləsi danışıqları aparmaq planına etiraz olaraq yüzə yaxın traktorla etiraz aksiyası keçirib.
Reyting.az-ın məlumatına görə, fransız fermerləri illərdir Merkosur ölkələri - Braziliya, Argentina, Boliviya, Paraqvay və Uruqvayla ticarət müqaviləsini pisləyərək, bunun fransız fermerlərinin dolanışıqlarına zərər verəcəyini iddia edirlər.
Cümə axşamı keçirilən etiraz aksiyası Kənd Təsərrüfatı Koordinasiya Birliyi tərəfindən Fransa hökumətinə əlavə təzyiq göstərmək üçün təşkil olunub.
Fermerlər Fransa parlamentinin qarşısında böyük bir polis qüvvəsinin nəzarəti altında toplaşıblar.
Daxili İşlər Nazirliyi bildirib ki, hakimiyyətin qadağalarına baxmayaraq, Parisin mərkəzində təxminən 20 traktor olub: bəziləri Zəfər Tağı yaxınlığında, digərləri isə Eyfel Qülləsi tərəfdə. Traktor karvanları “ətrafa doğru irəliləyib”.
Lakin traktorların əksəriyyəti mərkəzdən uzaqda - Paris sərhədini qeyd edən əsas nəqliyyat arteriyalarını bağlayıb.
Qeyd edək ki, Avropa İttifaqı bu həftə müqavilənin Paraqvayda imzalana biləcəyi ilə bağlı şayiələr fonunda Cənubi Amerikanın beş ölkəsi ilə sərbəst ticarət müqaviləsi üzrə daxili danışıqları bərpa edib. Almaniyanın rəhbərlik etdiyi müqavilənin tərəfdarları Fransa və Polşanın etirazlarını dəf edə bilərlər.
Fransanın kənd təsərrüfatı naziri Anni Gennard Fransanın Merkosur müqaviləsinə qarşı çıxdığını təkrarlayıb və bunun digər sənaye sahələri ilə yanaşı, mal əti, toyuq əti, şəkər, etanol və bal istehsalını təhdid etdiyini bildirib.
V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.