AZ

Şaxtalı yağış Kiyevi donmuş şəhərə çevirir

Kiyev sakinləri küçələrdə çox ehtiyatla hərəkət edirlər, lakin bu, yıxılmaların qarşısını almır.

QHT.az xəbər verir ki, bu gün Kiyevdə və ətraf bölgələrdə yağış və mənfi temperatur səbəbindən güclü buzlanma yaranıb. Cənubdan gələn aktiv siklon mərkəzi və şimal bölgələrdə, o cümlədən paytaxtda təhlükəli hava şəraitinə səbəb olub. Bələdiyyə xidmətləri xüsusi texnika və işçi qüvvəsi cəlb edərək yolları və səkiləri təmizləyir, dövlət bayrağı isə müvəqqəti endirilib.

Sosial şəbəkələrdə vətəndaşlar sürüşkən yollar, çoxsaylı yıxılmalar və hərəkət çətinlikləri barədə paylaşım edirlər. Buzlanma nəticəsində ağac budaqlarının avtomobillərin üzərinə düşməsi halları da qeydə alınıb.

 

R.İmanov

Seçilən
26
qht.az

1Mənbələr