AZ

Bakıda və ətraf ərazilərdə yol ilə bağlı 24 layihə icra ediləcəkVİDEO

Paytaxt və ətraf ərazilərində nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə yeni yol və nəqliyyat layihələri icra ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına əsasən Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Həmin layihələrdən artıq ikisinin icrası davam etdirilir ki, onlardan biri də Bilgəh-Novxanı-Xırdalan M-4 layihəsidir. Bu yol şəhərin kənar hissələrini birləşdirərək avtomobillərin şəhər mərkəzinə girmədən hərəkətinə şərati yaradacaq.

Agentliyin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, digər layihə isə akademik Həsən Əliyev küçəsi-"Koroğlu" metrostansiyası avtomobil yolunun Həsən Əliyev və Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi və istismara verilməsi layihəsidir. Həmin yol Ziya Bünyadov və Heydər Əliyev prospektinə paralel olaraq inşa edilir.

Bundan başqa, proqram çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsi ilə əlaqələndirən yeni bir yolun tikintisi də nəzərdə tutulur ki, artıq bu çərçivədə hazırlıq işlərinə başlanılıb.

O da bildirilib ki, şəhərdaxili hərəkətin sürətləndirilməsinə, tıxacların minimuma endirilməsinə hesablanan bu layihələr paytaxt sakinlərinin gündəlik gediş-gəlişini daha rahat və səmərəli etməyi hədəfləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
37
xezerxeber.az

1Mənbələr