AZ

Bu etimad quruculuğu baxımından əhəmiyyətli siqnaldır ŞƏRH

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Neft məhsullarının Azərbaycandan Ermənistana göndərilməsi iqtisadi rasionallığın siyasi gərginlikdən üstün gələ bildiyini göstərir. Uzun illər davam edən qarşıdurmaya baxmayaraq, tərəflərin praktiki ehtiyaclar fonunda əməkdaşlığa getməsi regionda yeni reallıqların formalaşdığını göstərir”Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.O bildirib ki, bu ticarət siyasi münasibətlərin dərhal normallaşması demək olmasa da, etimad quruculuğu baxımından əhəmiyyətli siqnaldır:“Belə iqtisadi əlaqələr gələcəkdə daha geniş dialoq üçün zəmin yarada və gərginliyin yumşalmasına töhfə verə bilər. Eyni zamanda, bu proses tərəflərin bir-birinə qarşılıqlı asılılığını artırır ki, bu da münaqişə risklərini azaltmaq baxımından vacib amildir. İqtisadi maraqların ön plana çıxması siyasi ritorikanın da tədricən daha praqmatik məcraya keçməsinə səbəb ola bilər. Sözügedən ticarət addımı iki ölkə arasında

münasibətlərin tam normallaşması olmasa da, regional sabitliyə doğru atılmış ehtiyatlı, lakin pozitiv bir addım kimi qiymətləndirilə bilər”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
demokrat.az

1Mənbələr