AZ

Neftin qiymətində nə qədər artım ola bilər?

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Venesuela prezidenti Nikolas Maduronun həbsi ilə bağlı strateji məhsulların, xüsusilə də neftin qiymətlərinə mümkün təsirləri müzakirə olunur. Bu proses artıq baş verib və hazırda dünya bazarlarında ciddi təlatüm müşahidə edilmir”.Bunu iqtisadçı Fuad İbrahimov Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, adətən neft ixrac edən ölkələrlə bağlı belə hadisələr impulsiv qiymət dalğalanmalarına səbəb ola bilər, lakin mövcud vəziyyət bunu təsdiqləmir:“Praktik nümunələrə nəzər salsaq, Rusiya–Ukrayna müharibəsi zamanı da qlobal enerji bazarlarında kəskin qiymət şokları yaşanmadı. Müəyyən dövri bahalaşma və ucuzlaşmalar olsa da, bu proseslər faciəvi eniş və ya kəskin sıçrayışlarla müşayiət olunmadı. Eyni hal İran–İsrail gərginliyi fonunda da müşahidə olundu. Hörmüz boğazının bağlanması ilə bağlı təhdidlərə baxmayaraq, bu amil dünya bazarlarında ciddi qiymət dəyişikliklərinə səbəb olmadı. Venesuelanın dünya neft bazarındakı payı mövcuddur, lakin tətbiq olunan sanksiyalar və siyasi proseslər onun qlobal qiymətlərə həlledici təsir göstərməsinə imkan vermir”. O deyib ki, bu baxımdan yaxın perspektivdə qlobal enerji bazarlarında ciddi problemlərin yaşanacağı ehtimalı yüksək qiymətləndirilmir:

“Hazırkı mərhələdə qiymətlərə daha çox spekulyativ amillər təsir göstərir. Tələb və təklif arasında müəyyən tarazlıq mövcuddur və bazara tələbatdan artıq məhsul daxil olacağı ilə bağlı proqnozlar qiymətlərin ucuzlaşması istiqamətində gözləntilər yaradır. Buna baxmayaraq, ümumi sabitlik qorunur və neft qiymətləri təxminən 55–70 dollar aralığında üfüqi dalğalanma ilə xarakterizə olunur”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
demokrat.az

1Mənbələr