AZ

Goranboyda "VAZ" 79 yaşlı kişinin həyatına son qoydu

Goranboyda yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil Kəlbəcər rayon sakini, hazırda Goranboyda yaşayan 1947-ci il təvəllüdlü E. Həsənovu vurub.
 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
64
1
bizim.media

2Mənbələr