Azərbaycanda 8 yaşlı uşaq məktəbə gedə bilmir.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Seymurdan gedir.
Nənəsi Mehriban Orucova deyir ki, Seymur oktyabr ayında onlayn qaydada təhsil aldığı 254 saylı tam orta məktəbdən 138 saylı məktəbə köçürülüb, amma məktəb direktoru onun sənədlərini qəbul etmir və uşaq dərslərindən geri qalır.
Mehriban Orucova deyir ki, onlar uşağı psixoloq və psixiatr müayinəsindən keçirib və onda heç bir problem aşkarlanmayıb. Buna rəğmən direktor uşağı yenə məktəbə qəbul etməyib.
Məsələ ilə bağlı 138 nömrəli tam orta məktəblə əlaqə saxladıq. Bildirildi ki, məktəb psixoloqunda həmin uşaqda davranış pozuntusunun olması barədə təəssürat yarandığına görə rəhbərlik tərəfindən valideynə psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət etməsi üçün məktub verilib, lakin valideyn övladını bu komissiyaya aparmaqdan imtina edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.