AZ

Sabiq başçı Xaləddin İsgəndərov məndən 400 MİN ALDI

“Mərhum Vergilər Naziri Fazil Məmmədovun qohumu Binəqədi Rayonunun sabiq İcra başçısı Xaləddin İsgəndərov məndən 400 min manat pul alıb.

KONKRET.az xəbər verir ki, bunu Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov bildirib.

“Durduğum yerdə gəlib şadlıq evim üçün 400 min pul alıb. Deyib ki, verməlisən. Əgər verməsəydim, vergini üstümə tökəcəkdi. Məcbur verdim. Bizi qoymayıblar inkişaf etməyə. “Holluvud” restoranım üçün tələb edirdi. Qaranlıq günlərim olub. Dişlə-dırnaqla yığdığım pullara sahib çıxmağa imkan vermirdilər”,- o bildirib.

 

Seçilən
89
9
konkret.az

10Mənbələr