Sankt-Peterburqda azərbaycanlı iş adamlarına qarşı aksiya keçirilib.
İnterpress.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində tarixi binanın sökülməsi gərginliyə və millətçi şüarların səslənməsinə səbəb olub.
Məlumata görə, keçmiş Kağız Sənayesi Elmi-Tədqiqat İnstitutunun binasının sökülərək yerində yaşayış kompleksinin tikilməsinə etiraz edən sakinlər əraziyə toplaşıblar.
Fəallar işlərə mane olmağa çalışıb, mühafizəçilərə qarşı qaz balonundan istifadə ediblər. Hadisə zamanı bir nəfər saxlanılıb.
Diqqətçəkən məqam isə etirazçıların sökinti işlərini aparan şirkəti “Azərbaycan tikinti mafiyası” adlandırması olub.
“Piter Bakı deyil, şəhərdən rədd olun” şüarı səsləndirən ictimaiyyət nümayəndələri iddia ediblər ki, qanunla qorunan tarixi binalar məhz azərbaycanlılar tərəfindən məhv edilir.
Xuraman Etibarlı
İnterpress.az