"Mançester Yunayted"də Amorimin qovulma səbəbləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı baş məşqçi klub rəhbərliyi ilə yaşanan anlaşılmazlıqlar səbəbindən vəzifəsindən azad edilib.
Məlumata görə:
-
Amorim rəhbər şəxslərin tələblərinə baxmayaraq, sistemini dəyişdirməyi qəbul etməyib,
-
O, həmçinin, transfer siyasəti ilə bağlı fikirlərinin dinlənilmədiyini hiss edib.
Baş məşqçi Emiliano Martínez və Olli Vatkinsin transfer olunmasını istədiyi halda, klub rəhbərliyi uzunmüddətli investisiya məqsədilə Senne Lammens və Benjamin Şeşkonu komandaya qatmağa qərar verib.