Bolqarıstan futbolunun əfsanəvi siması, tanınmış mütəxəssis Dimitar Penev vəfat edib.
"Football-plus.az" xəbər verir ki, məşhur futbolçu və məşqçi 80 yaşında dünyasını dəyişib.
Penev futbolçu kimi karyerasına Sofiya “Lokomotiv”ində başlayıb (1959-64). Sonra karyerasının ən parlaq dövrünü keçirdiyi ÇSKA-ya (Sofiya) keçib. Bu klubdada 329 oyuna çıxan müdafiəçi 24 qol vurub. O, ümumilikdə 8 dəfə Bolqarıstan çempionu (1 dəfə “Lokomotiv”, 7 dəfə ÇSKA ilə) olub və iki dəfə ölkədə ilin ən yaxşı futbolçusu seçilib. Milli komandada 90 oyun keçirən və 2 qol vuran Penev 1966, 1970 və 1974-cü illərdə dünya çempionatlarının iştirakçısı olub.
Məşqçilik fəaliyyəti ilə də iz qoyan Penev Bolqarıstanda XX əsrin ən yaxşı məşqçisi adına layiq görülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta