AZ

Bir sıra ərazilərdə dəmiryolu xətləri bərpa ediləcəkVİDEO

Bakıətrafı bir sıra ərazilərdə dəmiryolu xətləri bərpa ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması və sakinlərin rahatlığının artırılması məqsədilə yeni nəqliyyat layihələrinin icrası nəzərdə tutulur.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Xəzər Xəbər”ə bildirilib ki, qurum "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq mövcud sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi məqsədilə tədbirləri davam etdirir. Əvvəllər fəaliyyət göstərən bir sıra stansiyalar yenidən sərnişinlərə xidmət göstərəcək.

O da bildirildi ki, 2030-cu ilədək 10 yeni sərnişin qatarının alınması nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər davam etdilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
42
xezerxeber.az

1Mənbələr